• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 08.01.2023 20:32

Etiraz aksiyası 28-ci günündə də sivil şəkildə davam edir

KepezTV Player

Şuşa şəhərinə qar yağıb. Dünən gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 8-10 santimetrə çatır. Qar nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb. Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.

Bu arada Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 28-ci günündə də sivil şəkildə davam edir. Əraziyə yağan qar aksiyanın gedişinə heç bir əngəl yaratmır. Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” kimi şüarlar səsləndirirlər, vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edirlər.

Etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar da qaldırıblar. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar.

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər. Sülhməramlılara aid minik avtomobilinin Xankəndidən Laçın tərəfə, digərinin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb. Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.