İranda molla rejimi xalqa divan tutmaqda davam edir. Həbslər və edamlar ara vermir.
İranda etirazlar zamanı həbs olunan iki nəfər edam edilib. Yarımhərbi "Bəsic" qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kərəmi Kərəc şəhərində dar ağacından asılıblar. İranın Ali Məhkəməsi daha iki etirazçı gənc barədə edam hökmünü de qüvvədə saxlayıb. Ölüm cəzasına məhkum edilənlər Məhəmməd Buruğəni ve Məhəmməd Qubadludur. Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub. Bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərlə üzləşən Rəhim Sərkar öyrəncilərin həbs edilməsinə etiraz etdiyinə görə cəzalandırılıb. Təbrizdə azərbaycanlı qadın Məhdiye Seyid Furuği 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur. İran hökuməti Məhdiyənin həbsdə olması xəbərinin yayılmasının qarşısını almaq üçün ailəsinə ciddi təzyiqlər edib. O, vəkil tutmaq hüququndan məhrum olunub və işgəncə altında verdiyi etiraflar əsasında həbs cəzasına məhkum edilib. Tehrandakı etirazların ilk günlərində həbs olunan və dekabrın 20-də zaminə buraxılan fotojurnalist Yəlda Moiri də cəzalandırılıb. O, 6 il şərti həbs, 2 il telefondan istifadə etməmək, 2 il Tehranda yaşamaq qadağası və 2 ay bağçalarda təmizlik işi aparmaq kimi cəzalara məhkum edilib. Yəlda Moiri etirazlar zamanı polis və “təhlükəsizlik qüvvələrinin” küçələrdə törətdiyi vəhşilikləri, qadınlara qarşı zorakılıqları üzə çıxaran jurnalistlərdən olub. Tehranın Yusifabad qəsəbəsində əhali molla rejiminə qarşı şüarlar səsləndirir. Sakinlər bir ağızdan "Diktatora ölüm” arzulayırlar! Sənəndəc şəhərində isə azadlıqsevərlər küçələrdə tonqallar yandıraraq yolu bağlayıb, molla rejiminə qarşı şüarlar səsləndiriblər: "Diktatora ölüm olsun! Qeyrətli tehranlı, dəstək ol!" Sistan və Bəluçistan əyalətində insanlar ənənəvi olaraq keçirilən cümə etirazlarında iştirak etmək üçün küçələrə axışıblar. Atışma səslərinə məhəl qoymayan xalq molla rejiminin zülmlərindən yaxa qurtarmaq üçün dirəniş göstərib. Zahedan sakinləri "Xameneiyə ölüm olsun!" şüarı ilə hərəkət ediblər. Bu şəhərdə polis patrul maşını da atəşə tutulub. Hücum edənlər polis avtomobilini atəşə tutaraq hadisə yerini tərk ediblər. Ölən və yaralanan polislərin sayı barədə dəqiq məlumat yoxdur. Xalqa qarşı repressiyalara görə Sistan və Bəluçistan əyalətinin Zahedan və digər şəhərlərində polis qüvvələri insanlar tərəfindən nifrətlə qarşılanır. Bir müddət öncə Zahedan küçələrinin birində polis əməkdaşları içərisində bir neçə gəncin olduğu avtomobilə atəş açaraq 2 gənci qətlə yetirib. Paytaxtda Qasım Süleymaninin daha bir banerinə od vurulub. Tehranın “Həkim” avtomagistralı üzərində quraşdırılmış Süleymaninin baneri etirazçılar tərəfindən yandırılıb. Etirazçılar habelə reklam lövhəsindən “Bəsici tələsi” yazısı ilə bir neçə meyvə suyu qutusunu da kinayə olaraq asıblar. Bu arada, Birləşmiş Ştatlar İrana qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi daha 7 şəxsin adını İrana qarşı sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb. Həmin şəxslərin SEPAH-ın Qüds Aerokosmik Qüvvələr və Aerokosmik Sənaye Təşkilatı ilə əlaqəli şəxslər olduğu bildirilir.u bildirilir.
- Baxış: 319