• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 07.01.2023 20:12

Polis qanun pozanları saxlayıb

KepezTV Player

Gəncədə polis qanunsuz olaraq silah saxlayan və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb. Onlar əməllərinə görə cavab verməli olacaqlar.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Hüseynov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb. Baş İdarənin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Qəhrəmanovun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Quliyev, Elçin Vəliyev, Cümşüd Həsənov, Şamxal Süleymanov və Ramin Abdullayev də saxlanılıblar. Şəxslərdən müxtəlif çəkilərdə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.