• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2373
— 05.01.2023 20:01

"Kəpəz" mövsümün ikinci yarısına hazırlaşır

KepezTV Player

“Kəpəz” qış istirahətindən sonra məşqlərini bərpa edib. Komanda hazırlığın ilkin mərhələsini Gəncədə keçib.

Sarı-göylər yanvarın 2-də məşqlərə başlayıb. Futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçiblər. Komandanın Nizami yurdundakı toplanışında əcnəbi futbolçulardan Əhməd Ayzaya və Abdullahi Şuaybu iştirak edir. Digər legionerlər komandaya qarşıdakı günlərdə qoşulacaqlar. Gəncədəki toplanışda məşqçilər korpusu həm fiziki, həm də taktiki çalışmalarla komandanı yükləyiblər.

“Kəpəz” qış fasiləsində Gəncədəki hazırlığın ardından Antalyaya yollanacaq. 12 gün qonşu ölkədə hazırlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Sarı-göylər” Macarıstanın MTK Budapeşt, Serbiyanın “Novi Pazar” və Qazaxıstanın “Kaysar” kollektivləri ilə üz-üzə gələcək.

Gəncəlilər qış transfer pəncərəsində heyətini də gücləndirməyi planlaşdırıb. Antalyadakı toplanışa bir əcnəbi hücumçunun qoşulması gözlənilir. Bundan başqa artıq “Kəpəz” icarəyə iki yerli gənc oyunçu götürüb. Həmin futbolçular komandanın düşərgəsində məşqlərə başlayıblar.

Mövsümün ilk yarısında komandanın heyətində yer alan oyunçular yaranan fasilədən maksimum yararlanaraq azarkeşləri yaxşı nəticələrlə sevindirmək arzusundadılar.

Kəpəz” yanvarın 7-də Türkiyəyə yola düşəcək. Sarı-göylər Bələkdə məskunlaşacaq