• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 05.01.2023 15:33

Üzgüçülük yarışının qalibləri təltif edilib

KepezTV Player

Gəncədə “Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar. Yerli Olimpiya İdman kompleksində baş tutan mərasimdə sözügedən idman qurğusunda keçirilən yarışda yer tutanlar təltif ediliblər. Qaliblərə medal və sertifikat təqdim olunub. Birincilik ölkə üzrə eyni vaxtda 30 olimpiya idman kompleksində təşkil edilib. Yarışda hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda mübarizə aparıb.