• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 30.12.2022 19:47

Bayram şənliyi təşkil olunub

KepezTV Player

Göygöldə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi silsilə tədbirlərlə qeyd olunub. Məktəblilər “Kitab Oxu” devizi altında falaşmob təşkil edib. İl ərzində respublika və beynəlxalq idman yarışlarında uğur qazanan Göygöllü idmançıların nümunəvi çıxışları olub. Rayon mərkəzində quraşdırılan yolkanın ətrafına reallaşan tədbirdə bayram təbrikləri səsləndirilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın həmrəylinin vacibliyinə toxunulub, Vətənimizin daha da çiçəklənməsi üçün onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bayram tədbiri yerli mədəniyyət işçilərinin və məktəblilərin hazırladığı konsert proqramı ilə davam edib. Şaxta baba və Qar qız uşaqlara xoş dəqiqələr bəxş edib.