• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 30.12.2022 09:56

Ad günün mübarək, Gəncə!

KepezTV Player

30 dekabr. Gəncə və gəncəlilər üçün mühüm sayılacaq tarıx. Azərbaycan tarixində öz yeri olan bu şəhər məhz 33 ilbundan əvvəl öz tarixi adının bərpasına nail olub. Özü də 2 illik mücadilədən sonra.
Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman şəhər - Gəncə. 4 min illik zəngin tarixə malik olan. lakin adı dəfələrlə dəyişdirilən igidlər və mərdlər diyarı. Nə Abbasabad, nə Yelizavetpol, nə Kirovabad gəncəlilərin ürəyindən və lindən Gəncə adını qopara bilib.
Vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu olan Gəncə adı. O zamanlar Gəncənin adını bərpa etmək bir yana, Gəncə sözünü səsləndirmək böyük cəsarət tələb edirdi. Lakin 1987-ci ildə Bakıda jurnalistlərin 7-ci qurultayında yüksən tribunadan jurnalist Nüşabə Məmmədli Kirovabadın Gəncə adlandrılması təşəbbüsü ilə çıxış edir.
Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların illərlə mübarizəsi məhz 1989-cu ilin 30 dekabr günü məntiqi sonluqla tamamlanır. Azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılması elm, mədəniyyət mərkəzi olaraq dünyada tanınan şəhərin tarixən mövcudluğunun da möhürünü vurmuş oldu. Nizami yurdu indi və əbədi olaraq fəxarətlə Gəncə çağrılır.


Elnur Vahidoğlu