Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 270 şagird təhsil alır ki, bunların da 50-i sağlamlıq imkanları məhdud olan şagirdlərdir. Qərb bölgəsində ilk dəfədir burada 8 sinifdə inkuliziv dərslər keçilir. Bu şagirdlər autizim, əqli qüsurlu, görmə və eşitmə problemi olan, eləcə də davranış qüsurlu, nitq inkişafı gerliyi, daun sindromu xəstəliyindən əziyyət çəkənlərdir. Bundan başqa aztəminatlı, çətin həyat şəraiti olan, zəruri sosial məişət şəraiti olmayan ailələrin uşaqlar da bu gimnaziyada təhsil alır. Hər iki kataqoriyadan olan şagirdlər təhsil nazirliyi tərəfindən məktəbli ləvazimatları və geyimlərlə təmin edilir. Həmçinin şagirdlərə gündə iki dəfə yemək də verilir. Bu il isə ilk dəfə olaraq sağlamlıq imkanları məhdud olan birincilər xüsusi nəşrlərlə təmin edilib. Gimnaziyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı keçirilən tədbirdə bunlarla yanaşı musiqili kompozisiyalar nümayiş etdirilib, cizgi filmlərinin personajları, səhnəciklər, mahnılar və rəqslər bayram ovqatı yaradıb.
- Baxış: 237