KepezTV Player
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində dəmiryolu xəttinin altından yeni avtomobil tuneli tikib. Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin ümumi uzunluğu 420 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə bilir. Yeni inşa edilən piyada səkiləri vasitəsi ilə isə insanalar təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən hərəkət edirlər.
- Baxış: 254