• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 26.12.2022 12:10

DTX “Hüseyniyun”un təşkilatçılarından olan Taleh Yusifovu ekstradisiya edib

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan  vətəndaşlarının terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə 1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Yusifov Taleh Rəşid oğlunun vətəndaşlarımızı “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsinə əsaslı şübhələr müəyyən edilib. Taleh Yusifov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. Onun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o,  saxlanılaraq Azərbaycana ekstradisiya edilib.