Artıq iki gündür ki, Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi öz balaca tamaşaçıları üçün yeni şənliyi tamaşası nümayiş etdirir. "Sehirli məktub" adlı səhnə əsərinin ssenarı müəllifi Zülfiyyə Əliyeva, quruluşçu rejissoru isə Şamil Məmmədlidir. Teatrın bütün yaradıcı heyyətinin rol aldığı səhnə əsarində müxtəlif nağıl qəhrəmanları bir araya gətirilib və maraqlı abu-hava yaradılıb.
Tofiq Məmmədov şagird:Ən çox yolkanın işıqlarının yanmasını bir də şaxta babanı çağırmağımız xoşuma gəldi. Çox yaxşı idi.
Yusif Həsənli şagird:Tamaşa xoşuma gəldi, çox gözəl idi. Dumanda yaxşı idi. Şaxta baba gəlir və onları dondurur.
Seminal İsmayılzadə şagird: Pis adamlar deyir ki, şaxta baba gəlmiyəcək. Ancaq şaxta baba gəldi. Onları da yatızdırdı. Burda ən xoşuma gələn pislərin uduzmağıdır.
Maraqlı səhnə dizaynı, eləcə də nağıl qəhrəmanlarının tərbiyəvi çıxışları balaca tamaşaçılara zövq verir. Onlar vaxtlarını həm səmərəli, həm də ürəklərincə keçirirlər.
Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Tamaşada bir çox yeni nağıl qəhrəmanları var. Andrsının Qar kraliçasından Kay və Gerda, daha sonra Qarqamel, ölməz Kaşşey var, həmçinin cadugərdə var. Həmçinin Şaxta baba və qarqızda tamaşamızda yer alıb. Balaca dostlar bu tamaşada həmin qəhrəmanlarla tanış ola biləcəklər.
Məhəmməd Hacıyev aktyor: Bu ilki yeni il tamaşasında şaxta baba rolunu ifa edirəm. Öz obrazımında çalışdığım qədər öhdəsindən gəlməyə çalışıram. Ümid edirəm ki, teatrımıza ggələn balacalar zövq alacaqlar. Balaca izləyicilərimizi kukla teatrının tamaşalarına baxmağa dəvət edirəm.
Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi isə öz balaca tamaşaçılarını dekabırın 27-dən yeni istifadəyə verilən teatrın binasında qarşılayacaq. Burada Abdulla Şaiqin "Danışan gəlincik" nağıl tamaşası nümayiş etdiriləcək. Tamaşa üçün səhnə qurulması prosesinin son tamamlama işləri gedir. Xüsusi zövqlə, müasir dizaynda səhnə tərtibatı hazırlanır. Quruluşçu rejissoru Şahmar Məmmədov, rəssamı Mirzə Mehdi olan tamaşada uçaqların əyləncəsi ilə yanaşı, dünya görüşünün artması da əsas götürülür. Səhnə əsərində rəqslərlə yanaşı, nağıl qəhrəmanları da yer alıb.
Şahmar Məmmədov tamaşanın quruluşçu rejissoru:Nağıla müraciət edəndə əlavə personajlarla yanaşı şaxta baba, qarqızı da biz oyunun içinə qatmışıq. Adətən hər il salamlayırlar və tərk edirlər, nağıl başlayır. Çalışmışıq ki, onları da oyunun içinə qataq. Bəzi personajlarda əlavə olunubdur.
Gəncə Dövlət Kukla Teatrında nümayiş olunacaq "Sehirli məktub" səhnə əsəri 2023-cü il yanvar ayının 8-nə kimi, gündə 4 seans, Gəncə Dövlət Dram Teatrında nümayiş olunacaq "Danışan gəlincik" tamaşası isə yanvarın 5-nə kimi balaca tamaşaçılar üçün nümayiş olunacaq.
Elnur Vahidoğlu
- Baxış: 342