• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 23.12.2022 21:21

Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri çərşivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşü keçirilib. Ceyhun Bayramov iki ölkə arasında mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu da qeyd edilib. Davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin dırnaqrası “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb. Azərbaycan tərəfinin 2 oktyabr tarixində Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qərarlı olduğu bildirilib. “Ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq”. Bunu isə xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçiriıən mətbuat konfransında deyib.