Marşurut xətdindən kənar rayonlararası sərnişin daşıyan, fərqlənmə nişanı olmadan nəqliyyat vastəsi idarə edən və nəzərdə tutulduğundan çox sərnişin daşıyan sürücülər hədəf seçilib. Gəncədən Daşkəsən-Gədəbəy və Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarına sərnişin daşıyan nəqliyyat vasitələrində aşkarlanan pozuntularla bağlı daşıyıcılara xəbərdarlıq edilib.
Kadrlardan da göründüyü kimi reydin keçirildiyini görən sürücülərin bir qismi nəqliyyat vastəsini sürərək ərazidən uzaqlaşır, digərləri isə müxtəlif bahənə ilə inandırmağa çalışırlar idarə etdiyi mikroavtobusun fərqlənmə nişanı var. Ancaq görünənlər bunun tam əksidir. Gəncədən əsasən qərb istiqamətinə sərnişin daşıyan sürücülər qaydalara əməl etmir. Keçirilən reyd Gəncə Avtovağzal MMC-nin ərazisində bu cür xoşagəlməz mənzərəni ortaya çıxarıb.
Gün ərzindən Gəncə Avtovağzal MMC-dən 20-ə yaxın xətt üzrə sərnişin daşınır. Analoji reydlər davam etdiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 244