• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 21.12.2022 20:32

Bağça uşaqlarının qidalanmasına dəyişiklik edilir

KepezTV Player

Bağçalarda qidalanma. Valideynləri uşaqlarının ilkin vərdişlərə yiyələnməsi ilə yanaşı onların təlim-tərbiyyə müəssisəsində yediyi, içdiyi də az maraqlandırmır. Keyfiyyətli yemək isə uşaqların qida rasionunda mühümdür. Əvvəl hər bağça öz mətbəxində gündəlik menyunu tərtib edirdisə, artıq Gəncədə tətbiq edilən pilot layihə həm çeşid, həm də rasion baxımından müxtəliflik yaradıb. Hazırlanan qidalar artıq vahid mərkəzdə hazırlanaraq bağçalara təqdim olunur.

Gəncədə pilot olaraq ilk dəfə 7 bağçada uşaqların qida rasionuna dəyişilik olunub. Belə ki, uşaqların qidalanması 3 dəfəyə keçirilməklə yanaşı yeməklərin çeşidi də genişlənib.

Əbəlfəz Namazlı  azyaşlı: Sup yeyirik, katilet yeyirik. Su içirik sonra yayma yeyirik. bozartma yeyirik. sonra kaşa yeyirik. Dərslərdən sonra da gəldik alma yedik. Sonra da banan yedik.

Nihat Məmmədzadə azyaşlı: Mən bu gün sulu düşbərə yedim. Sonra katiletlə qreçka yedim. Yeməklərimiz qəşəndi.

Layihəyə uyğun olaraq seçilən məktəbəqədər təhsil müəssisələrində qidalanma katring xidməti vasitəsilə həyata keçirilir. Yəni<br>hazırlayaraq qidalar gündə 3 dəfə - səhər günorta və axşam, eləcə də 2 dəfə qəlyənaltı olmaqla bağçalara çatdırılır.

Sahilə Hüseynova bağça müdiri: Hal hazırda bağçamıza uşaqların qidalanması üçün həftəlik menyular təqdim olunur. Həmin menyuları biz bağçanın girişində və hər gün feysbuk səhifəmizdə paylaşırıq. Valideynlə hər gün uşaqların bağçada nə yediyindən xəbərdardırlar. İndi bağçamıza daxil olan yemək çeşidləri daha müxtəlifdir. Həmin yeməklər vaxtı-vaxtında uşaqlara çatdırılır.

Afaq Rüstəmova  valideyn: Oğlum bu bağçaya 4 idir k gəlib gedir. Yeməklərindən razıyıq. Əvvəldə yaxşı idi. İndi daha yaxşı keyfiyyətlidr. Müəllimlər də hər gün menyu ilə əlaqədar bizi məlumatlandırırlar. Bağçanın girişində lövhədə də yazılır gündəlik yedikləiri yemklər. Gündə 3 dəfə səhər günorta axşam qidalanma olur. Uşaqlarda razıdırlar. Evdədə soruşuruq. Özləri də deyirlər.

Mütəxəssislər deyir ki, xüsusən bağça dövrü olan  uşaqlar qida dəyəri yüksək və vitaminlə zəngin olan məhsullar qəbul etməlidir. Bu azyaşlıların inkişafı üçmün önəmlidir.

Aysel Vəliyeva  həkim: Uşaqların düzgün qidalanması hər yaş dönəmində önəmlidir. 1-3 yaşlı uşaqların qidalanması isə xüsusi əhəmiyyət kəsb edir. Vitaminlərlə zəngin olan qidalarla uşaqlar qidalanmalıdır. Bu vitaminlər onların zehni, boy, fiziki inkişafı üçün xüsusi əhəmiyətlidir. Əsasən də yoluxucu xəsəliklərin artığı bir dönəmdə vitaminli qidaların, meyvələrin verilməsi uşaqlara çox önəmlidir.

Qidalanma uşaqların məlumat bazasındakı sayına uyğun olaraq müəyyən edilir və bağçalara təqdim olunur. Məqsəd uşaqların qidalanmasında keyfiyyəti yaxşılaşdırmaqdır.

Raminə Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: Məktəbəqədər təhsil müəsslərində menyu yenilənib. Yeni menyuya uyğun olaraq qidalanma gündə 5 dəfə olaraq həyata keçirlir. Burda müəyyən salatlar formalaşdırılıbdır. Üstünüyə gəlikdə isə əvvəllər 1 növ yeməklər hazırlanırdısa indi yemək, salat və digər təamlar hazırlanır ki, bu da uşaqların marağına yəni qidalanma prosesində daha çox qidalanmasına şərait yaradacaq.

Gəncədə 42 uşaq bağçası fəaliyyət göstərir ki, onların da mərkələli şəkildə yeni qidalanma prosesinə keçidi nəzərdə tutulur.