Ağstafa rayonun Köçəsgər kəndində Acıdərə adlana yer var ki, bura illərdir sakinlərin həyatlarını sözün əsil mənasında “acıya” çevirib. Belə ki, kənd sakinləri bu dərədə baş verən uçqun gediş-gəlişdə problemlər yaradıb. Yaşanan çətinliyin nə vaxt aradan qaldırılacağı ilə bağlı əməkdaşlarımız maraqlanıblar. Nəticəni indi siz də biləcəksiniz.
Ağstafa rayonun Köçəsgər kəndi rayon mərkəzindən təxminən 10 km aralıda yerləşir. Əsasən əkinçilik qismən də maldarlıq kəndlilərin məşğulluğunu təşklil edir. Sakinlər illərdir ki, acıdərə deyilən ərazinin yaratdığı çətinliklərdən əziyyət çəkirlər. Belə ki, Köçəsgər kəndini iki hissəyə bölən dərədən axan sel, qrunt suları divarları yuyub aparır. Nəticədə əhalinin gediş-gəliş yolu, əkin yerləri yuyularaq Kürçaya axır.20 metr dərinliyində yaranan yarğan Köçəsgərin 1000-ə yaxın sakinini çətinliklə üz-üzə qoyub.
Acıdərə deyilən bu ərazinin arxasında təxminən 200-ə yaxın ailə yaşıyır. Həmin ailələr də məhz bu yoldan istifadə edir. Ancaq avtomobillərin hərəkəti üçün olan bu yer tamami ilə uçub. Bu da ki, sakinlərin gediş-gəlişində problemlər yaradır.
Artıq yaşanan problemin həllinə başlanılıb. Əraziyə canlı qüvvə və ağır texnikalar cəlb edilib. 1,2 uzunluğunda sel sularının sərbəst axını üçün beton borular düzülüb.
Kazım Fərəcov sakin: Buranın düzəlməyi bizim üçün çox yaxşı oldu. Özüm də burada yaxınlıqda qalıram. Ancaq gərək yola çıxmaq üçün 3 km yolu fırlanıb gedərdim. İndi buradan gedən evimə yaxındır.
Rasim Əhmədov sakin: Bu dərədə əvvəllər çox acınacaqlı vəziyyət var idi. Şükür düzəldirlər. Mənim bütün dayım evləri buradadır. Mən də onlardan ayrı dura bilmirəm. Ona görə də mən 3 km fırlanıb gedirdim. Heyvanı da 2 km uzaqlıqda aparırdıq. İndi iş də gedir. Çox yaxşıdır.
Nurəddin Aşurov baş mühəndis: Hansı ki, dərənin kənarında həyatyanı sahələrə keçid yolunun uçması nəticəsində əhlinin gediş-gəlişində təhlükə var idi. 20 metr dərinliyi olan suların axını üçün dərənin dibində betonnan keçid boru düzəldilib. Həmin sular orz daxil olanda sərbəst şəkildə axıdılacaqdır.
Layihəyə görə işlərin gələn ilin əvvəlinə başa çatdırılması nəzərdə tutulur. Burada beton eləcə də torbaq bərkitmə işləri başa çatdıqdan sonra ərazidə kənd sakinləri üçün parkın salınması da nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 254