KepezTV Player
Şəmkir sakini Ramin Əliyevə məxsus marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda cinayət işi üzrə istintaq aparılır. İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib. Laura Əliyevanın barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.
- Baxış: 615