• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 18.12.2022 20:02

Boşanmanın hansı hallarında ana aliment ödəməlidir?!

KepezTV Player

Ailə kiçik dövlətdir. Hər dövlətin isə öz qanunları var. Qanunlara tabe olunmayanda, ya da tərəflər uzlaşmayanda qarşıya acı həqiqətlər çıxır. Ailələr dağılır, olan isə uşaqlara olur. Statistikaya görə, bu gün məhkəmələrdə baxılan hər 10 işdən 7-si boşanma ilə bağlıdır. Belə olan halda isə çox sayda uşaq bir valideynlə yaşamağa məcbur qalır. Bu uşağın təlabatlarının bir hissəsini isə qarşı tərəf ödəyir. Söhbət məhkəmə tərəfindən kəsilən alimentdən gedir.

Boşanmış ailələrdə adətən atanın aliment ödədiyinin şahidi oluruq. Ancaq uşaqların atada qaldığı hallar da var. Belə olanda isə alimenti ana ödəməli olur. Bu gün bu mövzuda danışırıq.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlər boşansalar belə, onlar uşaqlarını saxlamağa borcludurlar. Aliment uşağın əvvəlki həyat səviyyəsini saxlamağa xidmət edir.

Azərbaycanda əksər hallarda uşaqlar anaların himayəsində qalır deyə, alimenti kişilər ödəməli olur. Lakin elə olur ki, qadın uşaqlarından imtina edir, yaxud onu analıqdan məhrum edirlər, bu zaman alimenti ana ödəyir. Belə hallarda isə ananın yaşam tərzi və gəlirləri nəzərə alınır. Bəs maraqlıdır, Azərbaycan praktikasında aliment verən analar da varmı?

Mövzunun araşdırılmasının sonunda bəlli oldu ki, ata da, ana da aliment məsələsində bərabər hüquqlara malikdir. Qanunvericiliyin müəyyən etdiyi şərtlər və qaydalar əsasında hər ikisi uşağa görə gəlirlərindən keçmək məcburiyyətindədirlər. Təbii ki, belə məcburiyyətin bir ailə olaraq edilməsi arrzuolunandır.