• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 18.12.2022 20:03

Prezident İlham Əliyev Xalid bin Əbdüləziz Əl-Falihi qəbul edib

KepezTV Player

Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əməkdaşlığın gündəliyinin daha da genişləndiyini deyən Prezident İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd edib. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib. Xalid bin Əbdüləziz Əl-Falih ölkəsinin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəklədiyini diqqətə çatdırıb.