• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 839
— 12.12.2022 09:56

Kütləvi dava olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

KepezTV Player

Gəncədə kütləvi dava olub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisənin təfərrüatlarını açıqlayıb.
Dekabrın 11-i saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub. Hüquq mühafizə orqanlarının araşdırmaları ilə 4 nəfər arasında baş verən mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, Kamal Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əli Bayramov və Kamal Bayramov müəllimdir. Qohumlar arasında münaqişənin borca görə baş verdiyi deyilib. Xəstəxanaya yerləşdirilən iki qardaşdan Niyazi Bayramov dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.