• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 06.12.2022 19:37

Yeganə beynəlxalq dərəcəli qadın ədalət qoruyucusu

KepezTV Player

İndi təqdim edəcəyimiz sujet ölkədə yeni inkişaf etməkdə olan qadın güləş hakimliyi ilə bağlı olacaq. Məlumdur ki, Gəncə adlı-sanlı pəhləvanları ilə tanınıb. Bununla yanaşı Nizami yurdunda qadın hakimi qismində fəaliyyət göstərən Sevinc Yusibova da şəhəri əksər yarışlarda layiqincə təmsil edir.
Sevinc Yusibova həm də beynəlxalq dərəcəli qadın güləş hakimidir. Ölkədə bu titula yiyələnən ilk və tək xanım olan gəncəli referinin hədəfləri böyükdür.
Zərif cinsdən olan ədalət qoruyucusu hakim qismində Azərbaycanı ölkə xaricində uğurla təmsil etmək niyyətindədir. Ən böyük arzusu isə olimpiya oyunlarına təyinat almaqdır.
Sevinc Yusibova hakimliklə bərabər, həmçinin güləş məşqçisidir. O, doğma şəhərində yaratdığı məşq bölməsində 40-a yaxın uşaq və yeniyetməyə bu idman növünün sirlərini aşılayır.