• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 29.11.2022 20:45

Ağdam minadan təmizlənir

KepezTV Player

İşğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətli şəkildə davam edir. Artıq Ağdamın bir necə kəndi minalardan təmizlənib.

Ağdamın minalar və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlarından təmizlənməsinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Bu günədək Ağdamın altı kəndində minatəmizləmə işləri aparılıb.

İstehkamçılar havanın çiskin olması səbəbindən minatəmizləmə işləri müəyyən müddətə dayandırılır.

Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupunun komandiri Altay Alıyevin sözlərinə görə, minalanmış ərazilərin metal parçaları ilə çirklənməsi işi bir qədər çətinləşdirsə də,minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

Minatəmizləmə işləri düzənlik ərazilərdə artıq yekunlaşmaq üzrədir. Növbəti mərhələdə yaşayış məntəqələrində minatəmizləmə prosesinə start veriləcək.