• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 27.11.2022 20:42

Avtomobilləri qışa necə hazırlamaq lazımdır?

KepezTV Player

Havaların soyuması nəqliyyat vasitələrində bir sıra dəyişikləri labüd edir. Belə ki, avtomobillərin qış rejminə hazırlaması kimi məsələləri gündəmə gətirir. Qarlı və yağışlı hava şəraitində, yağış suları basmış və ya buz bağlamış yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Bu sürücüdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də fəslə hazır olmasını şərtləndirir. Əks halda yolda tez-tez qəzalar yaşanır və ya avtomobildə texniki problemlər ortaya çıxır.

Sürücülər baş verə biləcək qəzarlardan qorunmaq üçün avtomobillərini fəslə uyğunlaşdırmalıdırlar. Qış mövsümünün yaxınlaşması avtomobillərin mövsümə hazırlıq məsələsini də gündəmə gətirir. Bu baxımdan əməl etməli bəzi məsləhətlər var.

Canpolad Zeynalov avtomobil ustası: Qış aylarında hava tez qaraldığı üçün işıqlardan çox istifadə olunur, səhər də, axşam da. Oan görə işıqlara baxılmalıdı, antifiriz dəyişilməlidir. Dinamoya, starterə baxılmalıdır. Onların işlək vəziyyətinə, akumlatoru tez sıradan çıxarmaısın. Salona keçdikdə isə srücülərin rahat olması üçün istiliyi təmin etmək üçün peçin filtirini də dəyişmək lazımdır. Qış aylartında yollarda qalnaları araşdırıb görürürk ki, əsas maşına baxılmamazlıqdan irəli gəlir. Elə aldı maşını sürürlər, ən az ayda 1 dəfə ustaya müraciət eləmək lazımdır, uzaq yol çıxanda müraciət eləmək lazımdır.

Avtomobil təmiri sexinə gələn sürücülərlə söhbət zamanı  bir qismi nəqliyyat vasitələrini qış rejiminə uyğunlaşdırmaq üçün ustaya müraciət etdiklərini, indidən bütün lazımı tədbirləri gördüklərini bildirdilər.

Orxan Məmmədov  sürücü: Soyuq aylar olduğu üçün gəlmişəm ustanın yanına ki, mühərrikin yağıdı, salonun istilik sistemidi onlara görə.

Səxavət Hüseynov sürücü: Yay təkərləri idi. Hava yağışlı olanda sürüşür. Ona görə gəlmişəm ki, onları dəyişim.

Qış aylarında avtomobillərdə diqqət edilməli məqamnlardan biri də nəqliyyat vasitəsinin şinləridir. Belə ki, şinlərin möpvsümə uyğun dəyişdirilməsi yollarda təhlükəsizlik baxımından mühim əhəmiyyət daşıyır.

Nazim Həsənov avtomobil ustası: Qış ayları gəldikcə müştərilərin sayı artır. Və qış təkərinə təlabat çoxalır. Qış təkəri ilə yay təkərinin fərqi odur ki, palasalarında sürüşkənlik olur, ama qış təkərlərində dalğavari olur sürüşkənliyin qarşısı alınır.Qış təkərləri mütləq rezin olmalıdır. yay təkəri isə kapronla qarışıq olur. Elə yerlər var ki, sərt keçir qışlar. Onda zəncirdə taxmaq lazımdır.

Mütəxəssislər  xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, lazım olan əlavə tədbirlər görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən sürücünün də, avtomobilin də asanlıqla çıxması mümkün  olar. Həmçinin pis hava şəraitində yol qəzalarının da sayı xeyli azalar. Odur ki, vaxt taoıb ustada qalmaq, yolda qalmaqdan daha yaxşıdır.