• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 26.11.2022 16:12

3 sərhəd kəndində işçəli su problemi

KepezTV Player

Ermənilərlə həmsərhəd olan Ağstafa rayonun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərinin sakinləri içməli su sarıdan əziyyət çəkirlər. İllərdir uzaq məsafələrdən gətirilməklə suya olan təminatlarını ödəyən kəndlilərin belə getsə üzü güləcək. Bunun hansı yolla olacağını sərhəd kəndlərinə ezam olunan xüsusi müxbirimiz Elnur Vahidoğlunun hazırladığı sujetdən öyrənəcəyik.

Tatlı kəndi Ağtafanın ucqar kəndlərindən biridir. Rayon mərkəzindən 30 km aralıda yerləşən yaşayış massivində 300-ə yaxın ailə yaşıyır. Əkinçilik və maldarlıqla məşğul olan kəndlilərin içməli su sarıdan çətinliyi bu günə kimi davam edir. 

Ağstafa rayonun Tatlı kəndində bu cür içməli bulaqlar var. Bu bulaqlarında suyu çox zəif axır. Suyun bu cür zəif gəlməsi isə sakinlər üçün problem yaradır.

Kəndarası yollarda 5 belə bulaq yaradılsa da sakinləri aydınlığa çıxartmır. Min bir əziyyətlə uzaq məsafələrdən su gətirmək məcburiyyəti qapının astanasında olan qış aylarında vəziyyəti bir qədər də ağırlaşdırır. 
 
Ucqar dağ kəndinin sakinləri reallaşdırılan "bulaq layihəsi"nin yekunlaşdırılmasını səbrsizliklə gözləyirlər. "Azərsu"nun sifarişi ilə görülən işlər çərçivəsində  kənddə yeni su xətlərinin çəkilişinə başlanılıb. Cəlb edilən canlı qüvvə və texnika işlərin qısa zamanda yekunlaşdırılmasına imkan verəcək. 

Layihəyə görə Tatlıda 120 bulaq yaradılacaq və sakinlər fasiləsiz olaraq sudan istifadə edə biləcək. Ağsata rayonun 6 kəndi "bulaq layihəsi" çərçivəsində işməli su ilə təmin edilib. Ermənistanla sərhəd olan Tatlı, Yaradullu və Köhnəqışlaqda işlər yekunlaşdıqdan sonra daha 3 kəndin su təchizatı yaxşılaşdırılacaq.  

Elnur Vahidoğlu