• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 24.11.2022 22:03

"ASAN xidmət”də təhsil xidmətləri təqdim olunacaq

KepezTV Player

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “ASAN xidmət” mərkəzlərində təhsil xidmətləri təqdim olunmağa başlanılıb. Buna uyğun olaraq Gəncə Regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri vətəndaşlara təqdim olunur. Mərkəzdə Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti, Təhsil Tələbə Kreditinə elektron müraciət, Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu və ya Sertifikatlaşdırma prosesindən keçən təhsilverənlərə sertifikatlarının verilməsi kimi bir sıra xidmətlər təqdim edilir. Təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla belə “ASAN xidmət” mərkəzlərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edərək test və müsahibə mərhələsində uğur qazanan müəllimlərin növbəli şəkildə sertifikatlarının verilməsinə də başlanılıb. Gəncə Regional Asan xidmət mərkəzində uğur qazanan 4 müəliminin sertfikartı Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən sahiblərinə təqdim olunub.