KepezTV Player
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkokuryerlər saxlanılıblar. Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini, Ümid Rəsulov və Zəngilan rayon sakini Bəhruz Əhmədov sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıblar. Həmin şəxslər yaxalanan zaman onlardan 1 kiloqram 15 qram heroin, 985 qram marixuana və metadon həbləri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 515