• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 16.11.2022 19:59

Oyuncaq alarkən diqqət edilməli məqamlar

KepezTV Player

Oyuncaqlar uşaqların həyatında, onların fiziki, zehni və əqli inkişafında heç də az rol oynamır. Uşaqlar oyuncaqlar vasitəsilə ətraf mühiti dərk edir, onlarda cəmiyyət haqqında ümumi fikirlər yaranır. Ancaq bəzən uşaqlara alınan yanlış oyuncalar onlarda yanlış fikir formalaşdırmaqla yanaşı sağlamlıqları üçün də mənfi təsir göstərir. Səbəbi sujetdə.

Oyuncaq mağazalarında müxtəlif görünüşlü və formalı oyuncaqlara rast gəlmək olar. Amma bir sıra məqamlar var ki, bu məhsulları alarkən onlara diqqət etmək lazımdır.

Uşaqlar 3 aylığından etibarən səslərlə və əşyalarla tanış olmağa başlayırlar. Onlar hər şeyi oyuncaqlar vasitəsilə öyrənməyə başladığından oyuncaq uşağın inkişafı üçün çox önəmlidir. Bu səbəbdən hər yaş mərhələsinə uyğun doğru oyuncaq alınmalıdır.

Uşaq oyuncaqları 3 əsas tipə - qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görəcəkləri işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir. Ancaq satışda uşaqları inkişaf etdirən oyuncaqlarla yanaşı onları qorxudan, zərər yetirə biləcək, yüksək səsli,  yaşlarına uyğun olmayan oyuncaqlar da var.

Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı, onların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti orqanizmə mənfi təsir göstərmək gücündədir.