• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 16.11.2022 20:09

Yeni xəttə qoşulan borular kanalizasiyanı daşırır

KepezTV Player

Bu dəfə də bir qrup sakinlərin qarşılaşdığı problemi ekranlara gətirəcəyik. Belə ki, şəhərin Fərman İmamquliyev küçəsində kanalzasiya suları yol boyu axaraq xoş olmayan mənzərə və quxu yaradır. Əməkdaşlarımız sakinlərin şikayətinin izi ilə gediblər, nəticəni sujetdə görəcəyik. 

Belə biyabırçılıq olar? İydən qoxudan küçəyə girmək olmur. Bura ən gözəl küçə idi. İndi gör nə gündədir. Baxan yoxdu, kimin nəyinə lazımdır?

Şəhərin Cavadxan qəsəbəsinin Fərman İmamquliyev küçəsinin sakinlərinin şikayəti kanalizasiya sarıdandır. Amma yoxluğundan yox, varlığından. Hansı ki, varlığı işlərin yarımçıq dayandırılması səbəbindən problem yaradır. Bir neçə il əvvəl sonadək icra edilməyən kanalizasiya xətti yenilənərkən bəzi küçə sakinləri boruları yeni xəttə qoşulub. Nəticədə isə çirkab sular küçə boyu axaraq gediş-gəlişə mane olur.

İnanırıq ki, bundan sonra küçədə məskunlaşan 50-ə yaxın ailənin yaşadığı problem də həllini tapar.

 

Elnur Vahidoğlu