• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 16.11.2022 20:15

Fransa Senatından "xoruznamə"

KepezTV Player

Dünya dillərində nəsə anlaşılmayan situasiya, vəziyyət yarananda müxtəlif reaksiyalar var. Məsələn biz deyirik ki, “erməni budaq cümləsi qurma“. Türkiyə türkcəsində isə buna “bu işə fransız qaldım" deyirlər. Görürsüz, burda da “bu cüt bacılar” yenə meydana çıxırlar. Bizdə bir söz də var. Xoruzun quyruğu göründü. Fransanın simvolu olan bu “erkək toyuq” cinsi olan quş 30 il bizə vasitəçiliyini sırımaq istəyib. Görəndə ki, alınmadı, indi də banlayır. Vaxtsız ötən xoruzu da neyləyərlər?! onu yaxşı bilirsiz.

- İrəvanda yenə çal-çağır, yenə hay-həşirdi. O gün, İran qafanda konsulluq açırdı, dünənsə fransız parlamentarilər Parisdə isti kreslolarında otura-otura tələb ediblər ki, Azərbaycana qarşı sanskiyalar tətbiq edilsin.

- Rəsmi Bakı artıq fransızların bu həyasızlığına öz cavabını verib, və hər kəs əmin olsun ki, yaxın günlərdə daha tutarlı cavablar da veriləcək.Bu öz yerində! Amma diqqətinizi bir məqama yönəldək. Parlamentdəki səsvermədən öncə Fransa prezidenti Makron Prezident İlham Əliyevə zəng edib və deyib ki, Sitat: “noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.” Əgər Makronun niyyəti belə töhfə vermək idisə bu Azərbaycan ictimaiyyəti üçün yenilik deyil. Fransada pan-ermənizm əhval ruhiyyəsi, anti-türk ruhu bizim üçün təəccüblü deyil. Amma Azərbaycanın müstəqilliyinin bərpasından bu yana Fransa ilə ikitərəfli münasibətlərimizin tarixində Makron hakimiyyəti ilə olduğu qədər gərginlik yaşanmayıb. Ermənilər Mitteranın da vaxtında Fransada var idi, Şirakın da , Olandın da Sarkozinin də...Makronun da vaxtında var ve bele görünür ki, Fransada ermeni dövləti qurulmamış əl çəkən deyillər. Biz bunu  çox yaxşı başa düşürük ...

- İndi cəmiyyətdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı kifayət qədər fikir yürüdənlər var. Təkcə bu ölkədə yox Afrikanın bir çox ölkəsində “sülh” adı mülki vətəndaşların qətlinə rəvac verən Fransanın indi özünü mələk simasında təqdim etməsi də bizim üçün yeni deyil.

-   Xatırlayırsızsa bir neçə il əvvəl Fransanın bir neçə şəhərinin yerli özünüidarəetmə orqanları ilə qondarma qurumun nümayəndləri arasında əməkdaşlıq müqavilələri imzalanırdı. Onda nə 44 günlük vətən müharibəsi var idi, nə də biz Şuşada idik. Amma həmin müqavilələri elə fransa məhkəmələri özü rəsmi Bakının tələbi ilə qanunsuz hesab edərək ləğv etdilər.

- Sonra biz Qarabağı da azad etdik, Zəngəzura da nəzarət edirik..Üfüqlərimiz geniş və aydındır. Növbəti addımlarımız bəllidir. Amma fransızları bu “köhnə peşələri” – siyasi şantaj metodlarından əl çəkmirlər! Xüsusilə də Makronun türk xofu, fransada islam dininə olan nifrət Emanuelin hakimiyyətinə bir əngəldir. Makronun narahatlığı artıq o həddə çatıb ki, Türkiyənin qara qitədə artan nüfuzunu belə qısqanaraq Ankaranın imperializmdə ittiham edir.

- Əvvəldə dediyimiz kimi, İrəvanda toy-bayramdır.  Fransızlar yenə ermənilərin qabağına sümük atıb! Zavallı ermənilər bir-iki gün də yəqin bu yalanla “qidalanarlar”.