• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 15.11.2022 20:34

Qadın fermerlər avadanlıqlarla təmin edilib

KepezTV Player

Göygöldə kənd təsərrüfatı sahəsində çalışan qadın fermerlərə dəstək göstərilib və təsərrüfatlarında işin asanlaşması məqsədilə avadanlıqlar verilib. Dəstək tədbiri heyvandarlıq, quşçuluq və arıçılıq sahələrini əhatə edib.

Göygöldə 7 fermer qadına dəstək olaraq avadanlıqlar verilir. Bu qadınlardan üçü rayon mərkəzində, dördü isə rayon ucqar kəndində fermerliklə məşğul olan qadınlardır.

Fermer qadınlardan ikisinə ot doğrayan, bal süzən avadanlıqlar,  birinə 10 arı ailəsi, bir qadına süd çəkən maşın iki xanıma isə dən üyüdən avadnlıq verilib.

Vəsilə Şəbəndəyevə  fermer: Göygöl rayonun Üçbulaq kəndində yaşıyıram. Kənd təsərrüfatı ilə məşğul oluruq. Toyuq-cücə ilə mal-qar ilə məşğul oluruq. Dən üyüdən aparat verdilər. Toyuq cücənin, malın dənini üyütmək üçün istifadə edəcəyik.

Nargilə Qasımova  fermer: Göygöl rayonun Qırıxlı kəndində yaşıyıram. Özümüzə aid heyvanlarımız var. İki inəyim, iki düyəm var. Biri də bala verəcək. Ot üyüdənə ehtiyacım var idi. Sağ olsunlar təmin elədilər. Otu doğramamış verəndə ayağının altına tökür, israf olur. Bunla rahat olacaq heyvan ayağının altına tökmüyəcək, israfçılıq olmuyacaqdır.

“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində reallaşan tədbirin məqsədi aqrar məşğulluğun artırılması, qadın fermerlərin aqrar fəaliyyətə təşviqi və ailə təsərrüfatlarının inkişafına kömək etməkdir.

Qalib Bəhrəmov Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndəsi: Bu qadınlar layihəyə müraciət ediblər və layihənin mərhələrəini uğurla yekunlaşdıraraq bu dəstək haqqını qazanıblar. Qadın fermerlərin təsərrüfatlarında sorğu aparılıb. Bu sorğuya əsasən ehtiyac meyarları müəyyənləşib. Bu meyyarlar üzrə də qadın fermerlərə fəaliyyət göstərdikləri sahələr üzrə kənd təsərrüfatı avadnlıqları ilə dəstək göstərilib.

Elməddin Əhmədov Göygöl DAİM-in direktoru: Birinci mərhələdə 7 qadın fermer təsərrüfatlarına nəzərdə tutulub. İkinci mərhələdə isə 10 qadın fermerlərimiz nəzərdə tutulub ki, burda biz önəm vermişik şəhid ailələrinə qazi ailələrinə ki, onlar bu sahəni inkişaf elətdirsinlər. Öz rayonumuza töhfələrini versinlər.

Bu günədək ölkədə layihəyə 600-ə yaxın müraciət daxil olub, 143 təsərrüfat sahibinə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Elnur Vahidoğlu