• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 12.11.2022 12:20

Partiya fəalları təltif edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı konfrans təşkil olunub. Partiyanın fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra ümummilli lider Heydər Əliyevin ölkəmizin maraqları naminə yaratdığı siyasi təşkilatın fəaliyyətinə, partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətə nəzər salınıb. Şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsindəki Qələbədən söhbət açılıb, YAP-ın qüdrətli ictimai-siyasi təşkilata çevrildiyi vurğulanıb. Sonda Gəncə şəhərinin ictimai həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.