Gədəbəydə rayon icra hakimiyyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə uşaq hüquqlarının qorunması, erkən nikah hallarının qarşısının alınması, qohumlar arasında nikahın fəsadları haqda aidiyyatı qurumların nümayəndələri tərəfindən təqdimatlar edilib. Məktəb rəhbərliyi, sinif rəhbərləri və psixoloqlardan ibarət 200-dən çox insanın qatıldığı yığıncaqda qeyd olunub ki, erkən nikah halları qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə hesab olunur. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün təbliğat xarakterli tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
- Baxış: 352