KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. 11-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər sakin təxliyə olunub. Alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
- Baxış: 457