• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 25.10.2022 19:13

“Gəncə” litvalı mütəxəssisə tapşırıldı

KepezTV Player

Basketbol üzrə Azərbaycan çempionatında mövsümə yaxşı start verən Gəncə klubu güclənməkdə davam edir. Kollektivə həm yeni baş məşqçi təyin olunub, həm də bir neçə əcnəbi  oyunçu cəlb edilib.

Komanda artıq məşqlərini Göygöldə yox, Nizami yurdunda keçir. Basketbolçular Gəncə Olimpiya İdman Kompleksində təmir-bərpa işləri görüldükdən sonra istifadəyə verilən top oyunları zalında qarşıdakı oyunlara hazırlaşırlar. Kollektiv yeni baş məşqçi təyin edilən litvalı Melyunas Yediminas oyun fəlsəfəsini basketbolçulara aşılayır. 10 günə yaxındır komandanın sükanı arxasına keçən çalışdırıcı çempionatda debüt görüşündə Gəncəni Zirvə Astara ilə oyunda meydana da çıxararaq komandası ilə qələbəyə sevinib.

Əcnəbi mütəxəssis həm də ölkənin ikinci böyük şəhərində uşaq basketboluna nəzarət edəcək. Baş məşqçi bu yöndə vacib işlərin öhdəsindən gəlməyi qarşısına hədəf qoyub.

Gəncə heyətinə yeni 3 əcnəbi basketbolçu da cəlb edib. Oyunçulardan ikisi gürcü, bir isə amerika birləşmiş ştatlarındadır.