• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 24.10.2022 21:22

Bağlarda bol olan xurma ucuz satılır, amma ixrac da olunur

KepezTV Player

İnsanın qida rasionunda meyvə və tərəvəzin olması vacib məsələdir. Bu sırada xurmanın öz yeri var. Həm sağlamlıq, həm də iqtisadi mənfəət baxımından. Respublikamızda 44%-lə qərb regionu xurma istehsalında öncül olsa da bu il satış və qiymət sarıdan fermerlərin üzü gülmür. Baxmayaraq ki, ixrac məhsulları sırasında xurmanın da xüsusi yeri var.Qarşıdakı sujetdə öyrənəcyik bunun səbəbini.

Xurma iqtisadi yönümlü bir bitkidir. Yəni ona edilən qulluq, yığımı, saxlanması digər bitkilərə nisbətən az məsrəflə başa gəlir. Elə ziyanı da böyük olmur. Asan qulluq edilən, xəstəlik və ziyanvericilərə qarşı dözümlü bitki olan xurma Gəncə-Qazax zonasında daha çox yetişdirilir.

Telefon bağlanıtısı Vüqar Hüseynov: Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri:Respublikada 13 min ha çox sahədə xurma bağları salınıbdır. Bunların da böyük bir qismi intensiv bağlardı. Subsidiya şurasının qəbul etdiyi qərara əsasən adi bağlara hektara 250 manat verilir. İntensiv xurma bağlarına isə ilk 4 il ərzində hər hektara 730 manat subsidiyya verilir. Hazırda ölkədə olan xurma bağlarının 11 min 700 ha bar verən yaşda olan bağlardı.

Ötən il Azərbaycanda istehsal olunan xarmanın 125 milyon dollar dəyərində olan hissəsi xaricə satılıb. Bununlada Azərbaycan xurma ixtacatına görə Çini ötərək İspaniyanıyadan sonra dünyada ikinci yerdə olub. Təkcə Rusiyaya ötən il 117 milyon dollarlıq məhsul göndərilib.

Telefon bağlantısı Nicat Hacızadə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri: 2022-ci ilin yanvar fevral aylarının statiskasına baxsaq bu rəqəm 30,6 milyon dollar təşkil edib. Bu xurmanın satılması faraş formada yəni emal formasına məruz qalmadan həyata keçirilir. Gələcək illərdə xurmanın aqrar sənaye məhsullarının tərkib hissəsi kimi ixracı əsas gözləntilərdən biridir. Hazırda faraş formada ixracı Azərbaycanın əsas qeyri-neft sektorunda valyuta mənbələrindən biri kimi göstərilə bilər.

Şəmkir ölkə üzrə hər il bol məhsul verən rayondur. Xurmaaltı sahələr də, əldə edilən məhsul da ölkə üzrə liderdir. Bu il rayon üzrə orta məhsuldarlıq isə hər hektardan 25 tondan artıq təşkil edir. Lakin fermerlər bu ilki məhsuldarlığa rəşmən satışla bağlı çətinliklərin yaşandığını dilə gətirirlər. Heç qiymət də ötən ilkilərlə müqayisədə ürəkaçan deyil.

Bu il xurma bağlarında məhsuldarlıq daha çoxdu. Belə ki, ötən il 1 ağacdan 70-80 kq məhsul götürülürdürsə hazırda 1 ağacdan 100-120 kiloqramdı. Ancaq buna baxmıyaraq sakinlər xurmanın satışında problemlər yaşıyırlar. Belə ki, çıxrdıqları məhsul  bazarda satılmır. Şəmkirdə xurma yığımına oktyabırın 1-dən başlanılıb və proses noyabırın sonuna kimi davam edəcək. Hələ bağlarında bol məhsul olan sakinlər qiymətin artımına ümid edirlər.

Rövşən Qasımov  torpaq mülkiyyətçisi: Fəhləsi, qulluğu, yığdırmağa xərcdir. Hər kilosuna 10-15 qəpik xərci çıxır. Bizdə satırıq 20 qəpiyə demək olar ki, öz mayasına satırıq. Ötən il 40-50 qəpiyə satırdıq. Xaricdə olan müharibəylə əlaqədar keçən ilkinnən 2 dəfə ucuz verilir.

Aqilə Həsənova  torpaq müıkiyyətçisi: Müharibəyə görə aşağı veririk. Ancaq yenə də  alırlar, aparırlar. Baha olsa yaxşı olar.

Nüsrət Musayev  alıcı: Rusiyada bazarlarda vəziyyət keçən ilki kimi deyil. Ötən il həftədə 2 maşın göndərirdik, bu il 1 maşın vururuq. Keçən il məsələn hər maşından qazanırdıq 100 min manat indi 2 maşından birindan 22 min manat o birindən də 36 min qazanmışıq. 2 manata alınan məhsul Kazan şəhərinə 14-15 manat gedib çıxır.

Bir çox xəstəliyə eləcədə insan sağlamlığına xurma xeyirli bitkidir. Bundan başqa qeyri neft sektorunun inkişafına da öz töhfəsini verir.

Hüseyin İdrisov ADAU-nun Bağçılıq kafedrasının dosenti: Bu bitki məhsulundan istifadə etmiyəndə insanda yod çatışmazlığı olur və onda da müəyyən problemlər yaranır. Bu bitkidən təkcə süfrəmizdə yemək üçün yox, həmçinin müxtəlif çeşidli məhsullar eləcə də bəhməz alınır. Çox gözəl qrutmasından istifadə edilir. Gəncədə, Şəmkirdə külli miqdarda məhsullar bağlarda qalıbdır.

Odur ki, xurmanın faraş formada satışı ilə yanaşı bu bitkilərin emal sahələrinin yaradılması çeşid müxtəlifliyi yaratmaqla satışın həcmini artırar, yerli və xarici bazara çıxarılan məhsulun alıcılıq imkanlarını artırar.  Xurma eləcə də ərzaq təhlükəsizliyində vacib olan qida kimi də qida rasionunda vacib yer tutur.

Elnur Vahidoğlu