• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 22.10.2022 19:54

Qadınlara qadağan olunan işlər hansılardır?

KepezTV Player

Arzu xanım artıq 20 ildir ki, dəmirçiliklə məşğuldur. İşi kifayət qədər çətin olsa da, o bunun  öhdəsindən məharətlə gəlir.

36 yaşından bu sahədə fəaliyyət göstərən Arzu Mirzəyeva peşəsini qardaQadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş, ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmiş varlıqlardır. Lakin Nazirlər Kabinetinin qərarı ilə bəzi işlər, o cümlədən mədən, tikinti, quraşdırma və təmir qadın əməyinin məhdudlaşdırıldığı işlərdəndir.şından öyrəndiyini bildirir. Onun sözlərinə görə bu sənət əvvəllər çətin gəlsə də artıq adiləşib.

Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş, ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmiş varlıqlardır. Lakin Nazirlər Kabinetinin qərarı ilə bəzi işlər, o cümlədən mədən, tikinti, quraşdırma və təmir qadın əməyinin məhdudlaşdırıldığı işlərdəndir.

Parlamentin oktyabrın 14-də keçirilən plenar iclasında müzakirə olan qanuna əsasən qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq 204-ə qədər endirilməsi məsləhət gerülür. Nəticədə kişi və qadınlara bərabər imkanların yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əməkhaqlarının kişilərin orta əməkhaqqına daha da yaxınlaşması təmin ediləcək.