• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 22.10.2022 12:20

Goranboyda kişi həmkəndlisini güllələyib

KepezTV Player

Bu gün gecə saat 2 radələrində Goranboy rayonu, Xanqərvənd kənd sakini 1997-ci il təvəllüdlü Arzu Əliyevə odlu silahdan açılan atəşlə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.