• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 21.10.2022 20:03

İki minə yaxın şəxs işlə təmin edilib

KepezTV Player

İşsiz vətəndaşların öz ixtisaslarına, eləcə də peşələrinə uyğun olaraq işlə təmin edilməsi dövlətin əsas hədəflərindən biridir. Vakant yeri olan idarə və müəsislərə onların yönləndirilməsi məşğulluğun təmini məqsədilə vacib sayılır. Gəncədə ilin əvvəlindən indiyə kimi 2 minə yaxın işsiz vətəndaş işlə təmin edilib.

Məşğulluq haqqında qanuna görə müraciət edən şəxslər qeydiyyata alınır. Daha sonra həmin şəxslərlə fərdi qaydada məşğulluğun təmin edilməsi ilə bağlı söhbətlər edilir. Həmin şəxsin öz peşəsinə və yaxudda ixtisasına uyğun işlə təmin edilməsi üçün yönəldilir.

Hazırda Gəncə Daşkəsən Regional Məşğulluq filialında 1169 vakant iş yeri var. Bu boş iş yerləri ilə bağlı gündəlik müraciət edən şəxslər, o cümlədən mərkəzdə qeydiyyatda olan vətəndaşlar ixtisas və peşələrinə uyğun olaraq işlə təmin edilir.

Dövlət Məşğulluq Agentliyinin rəsmi internet saytında da vakant yerlərlə bağlı məlumatlar yerləşdirilib. İstənilən şəxs bura daxil olaraq vakant yerlər haqqında məlumatlar əldə edə bilərlər. Əsasən həkim, tibb bacısı, laborant, dövlət qulluğu, təhsil, qaz, su idarələri, eləcə də digər müəsisə və təşkilatlarda vakant yerlər var.

Məşğulluq filialının əməkdaşlıq etdiyi 25-ə yaxın idarə, müəsisə və təşkilatların mühasib və kadrlar üzrə nümayəndləri ilə də işsizlərin işlə təmin edilməsinə dəstək göstərmək, eləcə də  xüsusi ehtiyacı olan şəxslərin vakant yerlərə göndərilməsi üçün maarifləndirici dəyirmi masa keçirililib. Qanuna görə işçilərin sayı 25-dən 50-dək olan müəsisələrdə iş yerlərindən biri əlillər üçün nəzərdə tutulur.

Dəyirmi masada mövzu əsasında diskusiyalar da aparılıb.

 

Elnur Vahidoğlu