• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 16.10.2022 20:34

Müasir iş imkanları - İKT-nin üstünlükləri

KepezTV Player

Son dövrlərdə texnologiyanın inkişafı ilə birliktə, yeni iş imkanları da yaranır. Artıq müasir dövrün tələblərinə uyğun olaraq kodlaşdırma, proqramlaşdırma kimi iş sahələrinə gələcəkdə daha çox ehtiyac olacağı düşünülür.

Data analitikası, rəqəmsal marketinq, kiber təhlükəsizlik kimi sahələrin gələcəyin əsas iş imkanları olacağı düşünülür. Onlayna keçid markaların prestiji üçün böyük önəm daşıyır. Bu səbəbdən gənclər bu sahələrə maraq göstərir. Eyni zamanda bu istiqamətlər üzrə kursların, təhsil verən müəssisələrin də sayı artır.

Səbinə Cəfərova tədris kursunun sahibi: Bizdə proqramlaşdırma, "İT", şəbəkə mühəndisliyi, "web development", excel kimi dərslər tədrid olunur, sentyabr ayından dizayn dərsləri də keçəcəyik. Bizim məzunlarımız var hansı ki, bu sahə üzrə xaricdə işləyirlər.

Ölkəmizdə texnologiyaya maraqlı və bu sahə üzrə təhsil almaq istəyən gənclərin sayı da az deyil. Gənclər gələcəyini təmin etmək üçün, iş imkanı şanslarını artırmaq və texnologiya dövrünə uyğunlaşmaq istəyirlər.

Əziz Quliyev proqramlaşdırma üzrə təlimçi: Özüm maliyyə üzrə oxumuşam sadəcə bu sahəyə marağım olduğu üçün təhsil alıram. Gələcəkdə də bu sahədə inkişaf etmək istəyirəm.

Sahib İbrahimov İT mütəxəssis: Bakalavr təhsilimi informasiya texnologiyaları və sistemləri mütəxəssisliyi  üzrə fərqlənmə ilə bitirdikdən sonra magistrda təhsilimi davam etdirmişəm. Gələcək planlarım proqramlaşdırmanı daha dərindən öyrənmək və insan zəkası ilə süni zəka arasında əlaqə yaratmaqdır.

DİM-in Gəncə Regional Bölməsinin verdiyi məlumata görə komputer texnologiyaları və data analitika kimi müasir dövrün tələbiylə əlaqəli olan sahələrə maraq kifayət qədərdir. Komputer mühəndisliyi, proqramlaşdırma kimi ixtisaslar üzrə rəqabət yüksəkdir.

Cəmil Hüseynov DİM-in Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: Bu il komputer elmləri , maşın mühəndisliyi,komputer mühəndisliyi, informasiya texnologiyaları kimi ixtisaslar prioritet sahə hesab edildi və həmin ixtisaslara tələbat çoxaldı. Ali təhsil müəssisələrində həmin ixtisasların balı qalxdı və demək olar ki boş yer qalmadı. Gələn illərdə də belə olması gözlənilir.

Texnologiyanın təsiri altında bir çox sahə avtomatlaşır. Bu prosesdə təcrübəli və kreativ gənclərin işinə ehtiyac isə artır. Bu sahələrə maraq isə ölkəmizin yeni dövrə uyğunlaşması üçün vacib məqamdır. Düzgün seçim isə faydalı fəaliyyət deməkdir.