• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 15.10.2022 19:39

Şəmkirli Şəhid övladları Hərbi Qənimətlər Parkında

KepezTV Player

Şəmkirli şəhid övladları Bakı şəhərinə səfər ediblər. Şəhid övladlarını səfərə yola salan Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev onlara yaxşı yol arzulayıb. Daha sonra şəhid övladları yol polislərinin müşayəti ilə xüsusi ayrılmış mikroavtobuslarla payataxta səfərə yollanıblar. Şəmkirli şəhidlərin övladları əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra 2-ci Fəxri xiyabanda Polad Həşimovun və şəhidlərin məzarları ziyarət olunub, şəhidlər xiyabanına baş çəkiblər. Səfər çərçivəsində şəhid övladları Hərbi Qənimətlər parkında da olub, qəhrəman atalarının Şanlı qələbəsinin izlərinə şahidlik ediblər. Səfərin sonunda şəhid övladları “Qarabağ”-Olimpiakos” matçını izləyiblər və komandamıza dəstək nümayiş etdirib, “Biz şəmkirli şəhid övladları Qarabağımızı dəstəkləyirik” şüarı yazılmış pankart qaldırıblar.