• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 15.10.2022 20:19

Azərbaycan Dünyada xüsusi önəmə malikdir

KepezTV Player

Dünyada indi xaotik vəziyyət hökm sürür. Köhnə münaqişələr həll olunmamış yeni gərginlik ocaqları yaranır. Azərbaycan isə bu təlatümlər fonunda nəinki öz problemini özü həll etdi, eyni zamanda tək regionda deyil, beynəlxalq aləmdə sülhün, sabitliyin təmin olunmasına, etimad mühitinin formalaşmasına öz töhfələrini verməkdə davam edir.

Təsadüfi deyil ki, hazırda əksər ölkələr Azərbaycanla əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verirlər. Bakı yalnız Avropanın deyil, bütövlükdə dünyanın etibarlı tərəfdaşına çevrilir. Azərbaycanın enerji resurslarına tələbat getdikcə artır. Ölkəmiz istər regional, istər qlobal layihələrin uğurla icra edildiyi məkandır

Beynəlxalq çağırışlara ilk çevik reaksiya verən, dünya dara düşən zaman ilk əl uzadan ölkələrdən biri də məhz Azərbaycandır. Elə bir misalı xatırlatmaq kifayətdir. Bəşəriyyətin koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Azərbaycan 40-dan çox ölkəyə yardım əlini uzatdı. Bakı BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla yaxından əməkdaşlıq edir. Aparıcı beynəlxalq qurumların yalnız üzvü olmaqla kifayətlənmir, qərarların qəbulunda və həyata keçirilməsində də əsas rol oynayır. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi, təşkilatlara sədrlik Azərbaycana tapşırılır.

Azərbaycan öz problemini öz gücünə həll etməklə Cənubi Qafqazı münaqişəli bölgə ünvanından xilas etdi. Yaradılan bütün kənar maneələrə baxmayaraq, regionun rifahı naminə dayanmadan çalışır. Eyni zamanda, dünyada dialoqun inkişafı, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsi, etimad mühitinin  yaradılmasına böyük töhfələr verir. Həm Qərb, həm də Şərqlə dərin əməkdaşlıq əlaqələri qurmaqla qitələr arasında körpü rolunu oynayır. Azərbaycan türk dünyasının daha sıx birliyinin təmin edilməsi üçün də ardıcıl səylər göstərir.