KepezTV Player
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və istehlakçıların hüquqlarının pozulduğunu aşkar edib. İstehsal sahəsinin sanitar vəziyyətinin qənaətbəxş olmadığı, avadanlıqların korroziyaya davamlı materialdan təşkil edilmədiyi, mal qonşuluğu qaydalarına riayət olunmadığı, istehsal olunan məhsulların etiket məlumatlarında istehsal və son istifadə tarixlərinin düzgün qeyd edilmədiyi müəyyənləşib. Faktla bağlı protokol tərtib olunub, məhsulların satışa çıxarılmasının qarşısı alınaraq məhv edilib.
- Baxış: 342