• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 12.10.2022 20:19

Şəhidin cənnətdə ilk doğum günü

KepezTV Player

Ötən ay erməni təxribatının qarşısını alarkən şəhid olan leytenant Erkin Hüseynov. Bu gün ailəsi, yaxınları, onu tanıyanlar məzarı başında idi. Cənnətdəki ilk doğum günü qeyd edilirdi şəhidin.

O, ailənin yeganə övladı idi. Ata və anasının vətənpərvər balası torpaq uğrunda canından keçməklə Azərbaycanın bütövlüyünü toxunulmaz saxladı. Şəhid olub, ən uca məqama yüksəldi.

Laləzər Hüseynova şəhidin anası: Mənim oğlum Vətən oğlu idi. O gözəl psixoloq idi. Savadlı uşaq idi. Dünya görüşlü uşaq idi. O vətənini çox sevirdi, bayrağını sevirdi. Anasında atasından çox o vətəni sevirdi. Ona görə də vətənə getdi.Mənim yeganə övladın idi. Ana üçün çox çətindir danışmaq amma mən Erkin istədiyi kimi danışıram. Fəxr edirəm ki, belə savadlı oğul verdim vətənə.

Erkin Hüseynov 1998-ci il oktyabrın 12-də dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra BDU-nin Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Təhsil aldığı dövrdə müəllimlərinin, tələbə yoldaşlarının sevimlisi olub.

Şəbnəm Qarayeva şəhidin tələbə yoldaşı: Biz Erkinlə 4 il Fəlsəfə ixtisasında təhsil almışıq. Erkin bizim yaddaşımızda çox gözəl, nümunəvi insan olaraq qalıb. Yeganə tələbə idiki bizim qrupumuzda heç kimlə pis münasibətdə olmayıb. Biz eşitdikdə heç inana bilmədik. Qrup uoldaşları olaraq bu gün onun ad gününə gəldik. İstədik onun yanında olduğumuzu hiss eləsin.

Yaşasaydı bu gün 24 yaşı tamam olacaqdı. O isə vətəni seçdi, torpağı, şəhid olmağı hər şeydən üstün tutdu. Buz bağlayan qəlblər yalnız daş fotodakı gülüşlərlə isinir. Həm də məğrur halda,

Nərgiz Əhmədqızı