• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 11.10.2022 19:58

Yeni ana olanların diqqət etməli məqamlar...

KepezTV Player

Yeni ana olan, təcrübəsi olmayan valideynlər nə edəcəklərini, uşaqla necə davranacaqlarını təbii ki, bilmirlər. Bəzən yalnış məsləhət və bilmədyinini eləmək ciddi fəsadlara səbəb ola bilir. Buna görə də ən yaxşısı həkim məsləhətidir.

"Yayda uşağa vitamin d verməzlər", "Uşaq bir 10 günündə birdə 40 günündə vanna qəbul edər", "40 gün uşağı heç kimə göstərməzlər, dırnağını tutmazlar" bu kimi yanaşmalarla rastlaşanlar yəqin az deyil. Ələxsus da yeni ana olanlar bundan narahat olur və deyilənlərə əməl etməyə çalışırlar. Bəs reallıq deyilənləri təsdiq edirmi?

Pediatrın sözlərinə görə, ən böyük səhv uşağa gec-gec vanna qəbul etdirərkən edilir. Yeni doğulanlarda dəri həssas olduğuna görə körpənin hətta hər gün vanna qəbul etməsi məsləhətdir.

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı qarşıda duran ən vacib məsələlərdən biridir. Gəlin gələcəyimizi qoruyaq.

Nərgiz Əhmədqızı