• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2175
— 10.10.2022 20:40

İşıqsız qalan kənd məktəbi

KepezTV Player

Artıq bir aya yaxındır növbəti dərs ili başlayıb. Dərs ilinin başlanılması yeni problemləri də gündəmə gətirib. Ölkəmizin qərb qapısı olan Qazax rayonunda məktəb binası dörd aydan artıqdır işıqsız qalıb. Problem nədən yaranıb və təhsil ocağı niyə eletrik enerjisi ilə təchiz olunmur? Bu barədə növbəti videomaterialda.

Qazax rayonunun Canallı kənd tam orta məktəbinin şagirdləri günün tələbləri səviyyəsində təhsil almaq istəyillər. Məktəbin müəllimləri də onların bu istəyini böyük həvəslə yerinə yetirmək arzusundadır. Ancaq aylardır məktəbdə işığın olmaması kollektivin arzusunu ürəyində qoyub. Qaranlıq sinif otaqlarında təhsil almaq azmış kimi məktəbdə informatika fənninin tədrisini aparmaq da mümkünsüzdür.

Aysun Abbasova şagird: Burada işıq yanmır. Zəngi eşirmirik. Kompyuterlərimiz yanmır. Səhər-səhər sinifimiz qaranlıq olur. İşıqlarımız yansa yaxşı olardı. İşıq yanmadığından testlərimizi işləyə bilmirik. Dərsimizidə yaxşı oxuya bilmirik. Otaqlar qaranlıq olur.

Nəzərə alsaq ki, artıq payız fəslidir və havalarda getdikcə soyuyur, bu hal kənd məktəbində istiliklə bağlı çətinlikləri də qaçılmaz edəcək.

Xavər Qasımova valideyn: Uşaqlar tənəffüs vaxtı zəngin vurulduğunu bilmirlər. Növbətçi müəllimlər bu işi yerinə yetirir buda çətinlik yaradır. Dərsə daxil olmada. Bilirsi zbu dəqiqə informasiya dövrüdür. Məktəbdə bir çox müəllimlər açıq dərslərini və yaxudda informatika dərsini təris edə bilmir. Təbii ki, işıqdan istifadə olunmalıdır. Buda işıq olmadığından uşaqlar dərslərdən geri qalır.

Məktəb rəhbərliyi  deyir ki, problemin yaranmasına səbəb paylayıcı trasformatorun sıradan çıxmasıdır. Yaranmış vəziyyətlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da nəticə göz qabağındadır.

Pərviz Alıməmmədov Çanallı kənd tam orta məktəbinin direktoru: Bizim məktəbdə 4 aydır işıq yoxduir. Biz rəsmi qaydada yerli Təhsil İdarəsinə, Regional Təhsil İdarəsinə müraciət etmişik. Transformator yandığından biz informatika dərsini keçə bilmirik. Dərslər arası zəngləri kustar üsullardan istifadə edərək bildiririk. Məktəbin nasosu işləmədiyindən suyumuz yoxdur. Bizə bu gün yeni transformatorun nə vaxt olcağını bu gün cavab verməlidirlər.

Qazax-Tovuz Regional Təhsil İdarəsində də vəziyyətdən halidirlər. 4 ay bundan öncə yaranan problemin yaxın vaxtlarda həll olunacağı gözlənilir.

Nəcibə Vəliyeva Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı: Qazax rayonunun Canallı kənd tam orta məktəbində vəziyyətdən məlumatlıyıq. Bu barədə aidiyyatı orqanlara məlumat verilib. Yaxın zamanlarda Canallı kənd tam orta məktəbinə yeni transformator quraşdırılacaq.

Ümidvarıq ki, qış qapını döyməmiş Canallı kəndinin elektrik enerjisi olmayan məktəbi nura boyanacaq. Nəticədə dərslər işıqlı və isti sinif otaqlarında keçiləcək.