• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 08.10.2022 20:53

Kirayə avtomobillərə maraq artıb

KepezTV Player

Ölkəmizdə maşın sahibi olmaq dəbə çevrilib desək, yanılmarıq. Əsasən də lüks avto sürmək. Buna kənardan da maraq böyükdür. Amma bu gün öz lüks maşınları olanlarla bərabər, onları icarəyə götürüb istifadə edənlər də az deyil. Bəs belə xidmətdən şəhərimzdə yararlananlar varmı və neçəyə icarəyə götürmək olar maşını? Əməkdaşlarımız  Gəncədə yerləşən rent a car xidməti göstərən salonlarda olublar.

Son illər ölkəmizdə avtomobillərin icarəsi xidmətindən geniş istifadə olunur.Artıq şəhərimizdə fərqli modellərdə kirayə avtomobilləri biznes, turizm şəxsi və digər məqsədlərlə kirayələmək mümkündür. Hazırda isə buradakı avtomobillərin qiyməti 150 və 180 manat təşkil edir.

Ölkəmizdə geniş yayılan və nisbətən yeni xidmət sayılan rent a car- maşın icarəsi xidmətinə artan maraq heç də əbəs deyil. Xidmətdən şəhərə gələn əcnəbi qonaqlar, biznes fəaliyyəti üçün təşrif buyuranlar yararlansa da, kirayə maşınlardan daha çox toy karvanları üçün istifadə olunur.

Bəxtiyar Novruzov avtomobil icarəsi xidməti göstərən şirkətin əməkdaşı: Xaricdən gələn qonaqlar olur və ya iş üçün olur, toy üçün olur yəni hər cürə götürən olur. Toy dövrü başlayandan isə müraciətlər artıb. Ən çox toy üçün işləyən maşınlarımız range rover və ford mustangdır. Sanata da var, ancaq digərləri daha çox istifadə olunur. Toy üçün olanda istəsələr biz bəzəyib veririk, qiymət əlavə olunur. Ya da ki, maşını veririk özləri bəzəyib istifadə edurlər.

Hazırda şəhərdə fəaliyyət göstərən əksər şirkətlər maşınları minimum 1 günlük kirayə verir.  Qiymətlər avtomobilin marka və icarə müddəttinə görə dəyişir. Nəqliyyat vasitəsi sürücülük hüququ olan şəxsə sənədləşmə prosesi aparıldıqdan sonra icarəyə verilir.

Arzu Məmmədov  müştəri: Dostumun toyu idi, gəldik burdan maşın götürməyə. Elə münasib maşın ford mustang oldu. Onu da 180 manata kirayələdik. Güzəşt də elədilər. Sağ olsunlar. Münasib idi.

Bəxtiyar Novruzov avtomobil icarəsi xidməti göstərən şirkətin əməkdaşı: Kruzlar 70 manat, elentra 80 manat, sanata, optima  90 manat. Qiymətlər 40 manatdan başlayır 180 manata kimi davam edir. Götürdüyü gündən asılı olaraq dəyişir. 1 günlük başqa qiymətdi, 1 həftəlik başqa qiymət. Rəsmiləşdirmək üçün kimlik, prava mütləq olmalıdır. Pravada iki illik staj olmalıdır ən azından. Ən əsas şərtlər budur. Müqavilə əsasında veririk. Ona görə yol vərəqi yazırıq

Rent a car xidməti göstərənlər deyir ki, bəzi hallarda toyunda fərqlilik etmək istəyən müştərilər retro maşınlara da maraq göstərirlər.

Bəxtiyar Novruzov avtomobil icarəsi xidməti göstərən şirkətin əməkdaşı: Çox vaxt bəzi retro maşınlardan da istifadə etmək istəyənlər də olur. Məsələn M21, ya köhnənin Pabeda maşınlarından. Qarşıdakı fikirlərimiz odur ki, o maşılardan da gətirək ki, müştəri zövqünə görə hər istədiyi maşını tapsın.

Avtomobilə dəyən ziyanın ödənilməsinə gəldikdə isə bu məsələ müqavilə ilə həll olunur. Sənədə əsasən sığorta şirkəti və ya sükan arxasında əyləşən şəxs dəymiş ziyanı ödəyir. Görünən odur ki, daha çox toy karvanı üçün götürülsə də icarəyə maşın istifadə edənlərin sayı az deyil. Mütəxəsislərin fikrincə rent a car xidmətinin genişləmməsi bölgə turizminin inkişafı ilə əlaqəlidir. Təlabatın artması bu sahənin getdikcə genişlənəcəyini deməyə əsas verir.