• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 07.10.2022 20:12

Praqa görüşü - Azərbaycanın növbəti diplomatik uğuru

KepezTV Player

Praqa görüşü diplomatik müstəvidə Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilə bilər. Sülh sazişinin imzalanması yönündə ardıcıl səylərini davam etdirən Azərbaycan Çexiyada da öz milli maraqlarından çıxış etdi. Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində 5 saatdan artıq davam edən iki hissəli görüşdə rəsmi Bakıya qarşı hər hansı formada təzyiq göstərilməsi cəhdinin qarşısı alındı. Görüşün yekunlarına dair bəyanatdan da aydın olur ki, Azərbaycan şərtləri diqtə edən əsas tərəf statusunu bu dəfə də qoruyub saxlayıb. Millət vəkili Sevil Mikayılova Kəpəz TV-yə Praqa görüşünün nəticələrini şərh edir.