• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2297
— 05.10.2022 09:48

Avtomobil piyadanı vuraraq öldürüb

KepezTV Player

Şəmkirin Zəyəm-Cırdaxan kəndində yol qəzası qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən piyada - Tovuz sakini,1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu "VAZ-2107" markalı avtomobil vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn maşına çırpılıb. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilsə də, həyatını xilas etmək mümkün olmayıb.