• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 03.10.2022 11:01

Başlanğıc həmişə bu gündür. Günə pozitiv başlamağın yolu

KepezTV Player

“Hər gün yeni bir şansdır” deyirlər. Məncə də, belədir. Bu səhər də günəşə gülümsəyə bildiyim üçün şanslıyam.

  • Salam günəş. Bu gün yenə mənim üçün parla!

Bu şüardan sonra həyat başlayır. Doğrudur, insanlar müxtəlifdir.Hər kəs səhərini fərqli şəkildə və əhvali-ruhiyyədə açır. Ancaq unutmamaq lazımdır, hamı həyat motivasiyasını fərqli yöndən alsa da, gün hər kəs üçün 24 saatdır. Və bu gün də nəyisə dəyişmək üçün kifayət qədər uzundur. Sadəcə yaşamaq lazımdır.

Axı həyatın bilinməzliyinə şübhə yoxdur. Ən tutqun havalarda belə buludların arxasında günəş gizlənir. Sehr yaşamağın özüdür. Uşaqlıqdan möcüzələrə inanmışam.

Həm möcüzələrə, həm ruhuma. Insan inanmalıdır. Və ən əsası, xəyallarına doğru hər gün heç olmasa, 1 addım atmalıdır. Atmalıdır ki, səhəri açdığı gülüşü ruhuna əks olunsun. Ruhu gələcəyə ümidlə gülsün. Bilsin ki, hələ həyat günün içindədir. İndi başlayır.

  •  

-Mən inanıram. Xəyallarımdakı bütün səhnələri gerçəkləşdirəcəyimə. Hər yeni günün gətirdiyi ümiddə bir parça özümü tapacağıma. Günəşin mənim üçün parladığına. İnanıram.

Siz də inanın. Çünki nəyə inanırıqsa, onu da yaşayırıq. Nə qədər fərqli olsaq da, bir keyfiyyət bizi birləşdirir. Yaşamaq şansı. Günəşlə qalın. Xoş sabahlar!

 

                                                                                                  

Aysel Abbasova