• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 01.10.2022 21:37

Gədəbəy və Tovuz rayonlarında "KOB dostları" fəaliyyətə başlayıb

KepezTV Player

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.  Növbəti belə görüş Gədəbəy və Tovuz rayonlarında təşkil olunub.

KOBİA və müvafiq rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət&nbsp;<br>qurumlarının nümayəndələri iştirak edib. Sahibkarlarla görüş çərçivəsində həmçinin, KOBİA-nın Gədəbəyin Kiçik və Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Qazax- Tovuz iqtisadi rayonunda KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 37şəhər və rayonunda fəaliyyət göstərir.

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovbiznesə yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi KOB dostlarının regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostuilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib. Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.