• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 01.10.2022 12:01

"Azad edilmiş ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq"

KepezTV Player

"Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləyib". Prezident İlham Əliyev bunu Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sədr Si Cinpinə təbrik məktubunda vurğulayıb. "Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik", - deyə məktubda qeyd edilir.